Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimova barəsindəki hökmdən apelyasiya şikayətinə baxılıb.
Bakues.az "Unikal"a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən yekun iclasda qərar qəbul edilərək Elmira İbrahimova barəsindəki birinci inctansiyanın çıxartdığı hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki,sözügedən cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi iclaslarda araşdırılıb.Sonda prokuror Elmira İbrahimovanın 12 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib və hakimdə təqsirləndirilənin 12 il 6 ay azadlıqlan məhrum edilməsi barədə hökm çıxardıb.
Xatırladaq ki,hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib.Qəsəbədə yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1 ildən sonra ,Samir Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira İbrahimovaı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Elmira İbrahimova tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsu ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Təqsirləndirilənin məhkəmədəki ifadələrindən məlum olub ki,o həyat yoldaşını ona qarşı işkəncələr etdiyinə görə həyatdan məhrum edib.Bundan sonra o meyiti həyətdə qazdığı quyuda basdıraraq 11 ay gizlədib.




