Azərbaycan Çin şirkəti ilə Hacıqabulda 160 MVt gücündə günəş və Xəzər dənizində 200 MVt gücündə pilot külək elektrikstansiyası layihələrinin icra vəziyyətini müzakirə edib.
Bakues.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, Çinə səfəri zamanı Çindao şəhərində "China Energy" şirkətinin sədri Ni Zhenlə görüşüb.
Görüşdə yeni istehsal güclərinin elektrik şəbəkəsinə inteqrasiyası və şəbəkənin gücləndirilməsi məqsədilə şəbəkə tədqiqatları üzrə əməkdaşlığın genişləndirmək barədə razılığa gəliinib: "Hidrogen və interkonnektor layihələri üzrə əməkdaşlıq imkanlarını da dəyərləndirdik".
1 dəqiqəlik oxu
Çin şirkəti ilə iki enerji layihəsinin icra vəziyyəti müzakirə edilib

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



