Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ Prezidenti Donald Trampın bütün komandasının sülh prosesinin tərəfdarı olduğunu bildirib.

Bakues.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev “AI Journey” konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşneri sülhün təmin olunmasına çalışan şəxslər adlandırıb.

Dmitriyevin sözlərinə görə, Rusiya Prezidenti dəfələrlə Tramp administrasiyasının sülhə və danışıqlar prosesinə kökləndiyini vurğulayıb.

Rusiya rəsmisi Moskva ilə Vaşinqton arasında təmasların davam etdirilməsinin vacibliyini də qeyd edib. O bildirib ki, nüvə dövlətləri arasında dialoq olmalıdır və bu əlaqələr tərəflərin indiyədək əldə etdiyi nəticələrə əsaslanır.

Dmitriyev əlavə edib ki, ABŞ-ın keçmiş Prezidenti Co Bayden administrasiyasının mövqeyi isə dialoqun aparılmaması olub.

Lalə