“Mən Silahlı Qüvvələrdə kadr dəyişiklikləri ilə bağlı Ermənistan Prezidentinə (Vaaqn Xaçaturyan) ərizə təqdim etmişəm”.
Bakues.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O, kadr təyinatlarının və işdən çıxarılmalarının öz-özlüyündə bir məqsəd olmadığını vurğulayıb. Baş nazirin sözlərinə görə, bu qərarlar konkret iş hallarını təhlil etdikdən sonra qəbul edilir.
“Bir, iki və ya hətta üç səbəbdən kimisə işdən çıxaracağım hal olmayıb və olmayacaq da. Bu cür kadr dəyişiklikləri ilə bağlı qərar verməyim üçün ən azı dörd səbəb olmalıdır”, - Paşinyan vurğulayıb.
1 dəqiqəlik oxu
Ermənistan Silahlı Qüvvələrində kadr dəyişiklikləri olacaq

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



