İsrail ordusunun atəşkəsə baxmayaraq Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 48 saat ərzində, aralarında qadın və uşaqların da olduğu 18 fələstinli həlak olub, 48 nəfər yaralanıb.

Bakues.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata görə, son 48 saat ərzində xəstəxanalara 19 nəfərin meyiti və 48 yaralı gətirilib. Ölənlərdən 18-i İsrailin yeni hücumları nəticəsində həyatını itirib, bir nəfər isə daha əvvəl aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada vəfat edib.

Qeyd olunub ki, 2025-ci il oktyabrın 10-da atəşkəs qüvvəyə mindikdən sonra İsrailin hücumları nəticəsində ölən fələstinlilərin sayı 1 705-ə, yaralananların sayı isə 6 163-ə çatıb.

2023-cü ilin oktyabrından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ümumilikdə 74 772 nəfər həlak olub, 176 298 nəfər yaralanıb.

Bildirilib ki, Qəzza zolağında dağıntılar altında hələ də minlərlə insanın meyiti qalır.

Lalə