Finlandiya hökuməti bu gün keçirilən iclasda ölkənin 2023-cü ildə Rusiya ilə bütün quru sərhəd-keçid məntəqələrini bağlamasına əsas verən Sərhəd Təhlükəsizliyi haqqında Qanunun qüvvədə olma müddətini daha iki il – 2028-ci il dekabrın 31-dək uzadıb.
Bakues.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qanun dekabrın 1-də qüvvəyə minəcək.
“Ölkəyə mütəşəkkil giriş halları ilə bağlı sərhəd orqanlarının səmərəli fəaliyyət göstərə bilməsi üçün Finlandiya Sərhəd Təhlükəsizliyi haqqında Qanun vasitəsilə hazırlıq işləri görüb”, – deyə ölkənin daxili işlər naziri Mari Rantanenin mətbuat üçün yayılan açıqlamasında bildirilir.
Onun sözlərinə görə, Finlandiyanın şərq sərhədini mütəşəkkil şəkildə keçmə təhlükəsi yüksək olaraq qalır. Bu qiymətləndirmə sərhəd mühafizəsi və digər təhlükəsizlik orqanlarından daxil olan məlumatlara əsaslanır.
Rantanen hesab edir ki, qanun Finlandiyaya göstərilən təzyiqi azaltmağa, sərhəd təhlükəsizliyini gücləndirməyə və sərhədi mütəşəkkil şəkildə keçmə riski ilə bağlı ən ciddi vəziyyətlərə hazırlaşmağa kömək edəcək.
1 dəqiqəlik oxu
Finlandiya məhdudiyyətin müddətini uzatdı

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



