Dünən Bakıda "Barselona” və "Sabah” komandaları arasında keçirilən Çempionlar Liqasının oyunu zamanı azarkeşlərdən birinin səhhəti qəfil pisləşib və o, həyatını itirib.
Bakues.az "Trend"ə istinadən xəbər verir ki, həyatını itirən 39 yaşlı Anton P. məhz oyuna baxmaq üçün bir gün əvvəl xüsusi olaraq Azərbaycana gəlib.
Qarşılaşma zamanı kişinin qəfil halı pisləşib, o, huşunu itirərək tribunada yerə yıxılıb. Hadisə şahidləri tibbi yardım çağırıblar. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, ölümün səbəbi ürək çatışmazlığı olub. Hazırda mərhumun cəsədi morqdadır.
Anton Krasnoyarsk diyarının İqarka şəhərindəndir. Son bir neçə ildə Moskvada yaşayıb. O, layihə-tikinti şirkətinin baş direktoru olub, həmçinin daşınmaz əmlakın icarəyə verilməsi ilə məşğul olub.
Mərhum çox səyahət edib, tez-tez Maldiv adalarında istirahət edib. Özü isə Moskvanın "Lokomotiv” klubunun azarkeşi olub.




