Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bakues.az "APA"ya istinadən xəbər verir ki, hadisə Müseyib Bağırov küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" ilə "Hyundai" markalı minik maşını toqquşub. Daha sonra "Hyundai" idarəetmədən çıxaraq yol kənarındakı dayanan "Opel"ə, daha sonra yük avtomobilinə arxadan çırpılıb.

Nəticədə 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.