BMT-nin Baş katibi Antonio Quterreş Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 31-ci Konfransının (COP31) nəticələrindən məyus olduğunu bildirib.
Bakues.az "Euronews"a istinadən xəbər verir ki, o, COP31-in hərtərəfli nəticə sənədi ilə bağlı konsensus olmadan başa çatmasından dərin məyusluq hissi keçirdiyini açıqlayıb.
A. Quterreşin sözlərinə görə, bu uğursuzluq faktları dəyişdirmir:
"Danışıqlar masasında konsensus olmaya bilər, amma elmi dəlillər aydındır. Temperatur rekordlar qırmağa davam edir. İqlim ekstremalları güclənməyə davam edir. Emissiyalar həddindən artıq yüksək səviyyədə qalır. Və hər gecikmə işimizi daha da çətinləşdirir və baha başa gəlir".
1 dəqiqəlik oxu
BMT-nin Baş katibi COP31 nəticələrindən məyus olub

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



