Noyabrın 25-də magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı gün ərzində Bakının Səbail və Yasamal rayonlarının bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq.
Bu barədə Bakues.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "İri Şəhərlərin Su Təchizatı" QSC-dən bildirilib.
Məlumata əsasən, suyun əvvəlki rejimlə verilməsi noyabrın 26-da səhər saatlarında bərpa olunacaq.
1 dəqiqəlik oxu
Bu ərazilərdə SU OLMAYACAQ

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



