İranda sərbəst valyuta bazarında ABŞ dollarının məzənnəsi bazar günü ilk dəfə üç milyon rialı ötüb. Ticarət zamanı dolların qiyməti rekord həddə - 3 milyon 47 min riala yüksəlib.
Bakues.az xəbər verir ki, bu barədə İran bazarındakı valyuta məzənnələrini izləyən TGJU saytının məlumatlarında bildirilir.
İran rialı Bakı vaxtı ilə saat 13:10-da tarixi minimuma enib. Daha sonra müəyyən qədər möhkəmlənən milli valyutanın fonunda saat 14:26-ya olan məlumata görə, bir dollar 2.98 milyon rial təşkil edib.
Rəsmi məzənnə isə bir dollar üçün təxminən 1.96 milyon rialdır.
Son bir həftədə sərbəst bazarda dollar 12%, son altı ayda 71%, son bir ildə isə 158% bahalaşıb. 2025-ci il noyabrın 29-da bir dollar təxminən 1,16 milyon rial olub. Oxu.az
1 dəqiqəlik oxu
İranda dolların məzənnəsi rekord həddə çatıb

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



