İstanbulda yağan güclü yağış nəticəsində şəhərin Çatalca rayonunun Karamandərə ərazisindən axan çay məcrasından çıxıb. Daşqın nəticəsində küçələr və əkin sahələri su altında qalıb, dörd avtomobilə ziyan dəyib.
Bakues.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, suyun yüksəlməsi “Karatepe Çıkmazı” küçəsində ciddi çətinliklər yaradıb.
Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunublar.
Son məlumatlara əsasən, daşqın nəticəsində ərazidən 14 nəfər xilas edilib, daha 7 nəfərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Xilas edilənlər bölgədəki xəstəxanalara yönləndirilir.
1 dəqiqəlik oxu
İstanbulda çay daşıb, 14 nəfər xilas edilib

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



