Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.

Bakues.az "APA"ya istinadla xəbər verir ki, hadisə rayonun Şilyan kəndi ərazisində qeydə alınıb.

Belə ki, Göyçay şəhər sakini, 2006-cı il təvəllüdlü Rəsul İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər – 1993-cü il təvəllüdlü N.Məmmədov, 2002-ci il təvəllüdlü İ.Məmmədova və 2025-ci il təvəllüdlü L.Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.