NATO 2027-ci ildə illik artilleriya mərmisi istehsalı gücünü təxminən 4 milyon ədədə çatdırmağı planlaşdırır.

Bakues.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte alyansın Parlament Assambleyasının Berlində keçirilən iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, proqnozlara əsasən, gələn il alyansın ildə təxminən 4 milyon artilleriya mərmisi istehsal etmək imkanı olacaq.

Planlaşdırılan istehsal həcmi 2025-ci ilin göstəricisindən təxminən iki dəfə çoxdur.

Asim