Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə təşəkkür edib.
Bakues.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “X” hesabında paylaşım edib.
“Əziz Prezident Donald Tramp, "Trump Route for International Peace and Prosperity" (TRIPP) layihəsinin işə salınması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi təşəkkürümü bildirmək istəyirəm”, – dövlət başçısı qeyd edib.
Qeyd edək ki, bu gün Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp TRIPP layihəsinə start veriblər. Donald Tramp isə layihənin həyata keçirilməsinə görə Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
1 dəqiqəlik oxu
Prezident İlham Əliyev Trampa təşəkkür edib

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



