Azərbaycan Premyer Liqasının XIII turunun açılış günündə “Neftçi” və “Zirə” komandaları üz-üzə gəlib.
Bakues.az xəbər verir ki, “Palms Sport Arena”da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Tural Qurbanovun idarə etdiyi görüşdə yeganə qolu Breno Almeyda (8-ci dəq.) vurub.
Bu nəticədən sonra xallarını 30-a çatdıran Yuri Vernidubun komandası turnir cədvəlində liderliyini möhkəmləndirib. Rəşad Sadıqovun komandası isə 20 xalla 5-ci pillədə yer alıb.
Qeyd edək ki, günün ilk matçında “Şəfa” səfərdə “İmişli”ni 3:1 hesabı ilə məğlub edib. Tura noyabrın 29-da yekun vurulacaq.
1 dəqiqəlik oxu
“Neftçi” “Zirə”ni məğlub etdi

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



