Azərbaycan Premyer Liqasında XIII tura bu gün yekun vurulacaq.
Bakues.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Şamaxı” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Saat 14:30-da start götürəcək görüşün baş hakimi Rəşad Əhmədov olacaq.
Günün növbəti matçında isə “Qarabağ” “Sumqayıt”la qarşılaşacaq. “Azersun Arena”da baş tutacaq oyunu Kamranbəy Rəhimov idarə edəcək. Matçın start fiti 17:00-da səsləndiriləcək.
Qeyd edək ki, daha əvvəl “Şəfa” “İmişli”yə 3:1, “Neftçi” “Zirə”yə 1:0, "Turan Tovuz" "Kəpəz"ə 2:1, "Sabah" isə "Araz Naxçıvan"a 2:0 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası
XIII tur
29 noyabr
14:30. “Şamaxı” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Ruslan Quliyev
VAR: Cavid Cəlilov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı şəhər stadionu
17:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Orxan İbişov, Nazim Abdullayev
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena”




