Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Moskvada keçirilən “Süni intellekt dünyasına səyahət” adlı konfransda iştirak ediblər.
Bakues.az "Rg.ru"ya istinadən xəbər verir ki, dövlət başçıları əvvəlcə süni intellektə həsr olunmuş sərgi ilə tanış olacaq, daha sonra bu sahənin inkişafına dair iclasda iştirak edəcəklər.
Qeyd edək ki, Tokayev Rusiyaya bir gün əvvəl səfər edib. Putin çərşənbə günü Kremldə qazaxıstanlı həmkarı ilə danışıqlar aparıb. Görüş gecə yarısından sonra başa çatıb.
Qazaxıstan Prezidenti ölkəsində informasiya texnologiyalarının inkişafına xüsusi diqqət ayırır. Bu il Qazaxıstanda Süni İntellektin İnkişafı İli elan edilib.
Tokayev səfər ərəfəsində keçiriləcək forumda Rusiyanın süni intellekt sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olmaq və bu təcrübədən öyrənmək istədiyini bildirib.
Lalə




