Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsini müzakirə edəcək.

Bakues.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat katibi Aybək Smadiyarov məlumat verib.

O bildirib ki, dövlət başçısı noyabrın 25-26-da Moskvada səfərdə olacaq. Səfər çərçivəsində iki ölkə prezidentinin görüşü keçiriləcək. Görüşdə Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi perspektivləri müzakirə olunacaq.

Tokayev süni intellektlə bağlı “AI Journey 2026” beynəlxalq konfransda da iştirak edəcək.