Qəzzalı uşaqlar Fələstinə göstərdiyi dəstəyə görə Türkiyənin “Beşiktaş” futbol klubuna təşəkkür ediblər.
Bakues.az xəbər verir ki, uşaqlar göndərdikləri mesajda “İşğala üsyan, Fələstinə azadlıq” şüarını səsləndiriblər.
Xatırladaq ki, dünən Gürcüstanın Batumi şəhərində “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən futbol matçında Fələstinə dəstək şüarı yazılmış pankart və Fələstin bayraqları ilə bağlı insident yaşanıb.
Polis müdaxiləsi zamanı azarkeşlərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib və oyun təxminən 30 dəqiqə dayandırılıb.
Qarşılaşma daha sonra bərpa olunub və “Beşiktaş” 2:1 hesabı ilə qalib gəlib.




