Latviya Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə müntəzəm hücumlar təşkil etmək üçün on minlərlə pilotsuz uçuş aparatı (PUA) təhvil verib.
Bakues.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, Moskva Latviyanın düşmənçilik siyasətinə cavab olaraq qəti siyasi və diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır.
Rusiya XİN-dən bildirilib ki, Latviya Avropada müharibəni təhrik edən forpost olaraq qalmaq naminə öz iqtisadiyyatını və əhalisinin təhlükəsizliyini qurban verməyə hazırdır.




