Su polisi brakonyerlik etməkdə şübhəli şəxsləri saxlayıb.
Bakues.az "Report"a istinadən xəbər verir ki, Su Polisi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları tərəfindən birgə keçirilən tədbir zamanı Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan M.Məmmədov və Y.Alıyev saxlanılıblar. Həmin şəxslərdən müxtəlif növ qadağan olunan ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan balıqlar aşkarlanıb.
Araşdırma aparılır.
1 dəqiqəlik oxu
Su polisi brakonyerlik etməkdə şübhəli şəxsləri saxlayıb

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



