Süni intellekt tibbi məsələlərdə 3 haldan 1-də səhv edir.
Bakues.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu, Rusiyanın Ali İqtisadiyyat Məktəbinin (HSE) Sankt-Peterburq kampusunun alimlərinin araşdırmasında əks olunub.
Araşdırma nüfuzlu "Scientific Reports" jurnalında dərc olunub.
Alimlər peyvənd, vitamin və alternativ tibb də daxil olmaqla 5 mövzuda 108 sağlamlıq iddiası toplayıblar. İddialar mütəxəssislərin köməyi ilə "doğru", "yalan" və "şübhəli" kimi təsnif edilib. Daha sonra 10 süni intellekt modeli həmin iddiaları rus və ingilis dillərində qiymətləndirib. Müxtəlif sual formaları və təkrarlarla birlikdə təxminən 90 min qiymətləndirmə əldə olunub.
Ən yaxşı nəticə göstərən 3 model 108 ifadədən 90-da bir-biri ilə razılaşıb. Ümumilikdə 3 modelin birgə səsverməsi 67,6% dəqiqlik verib.
Alimlərə görə, süni intellekt modelləri bir-biri ilə razılaşsa belə, onların cavabı mütləq yoxlanmalıdır.
Lalə
1 dəqiqəlik oxu
Süni intellektə tibbdə etibar etmək olar? - ARAŞDIRMA

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



