Media və Yayım Şurası "Dünya" TV telekanalı barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Bakues.az Bakupost.az-a istinadən xəbər verir ki, "Reklam haqqında" Qanunun pozulmasına görə tərtib olunan protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə telekanal inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.
Qeyd edək ki, "Dünya" TV-yə qarşı əvvəllər də qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar sanksiyalar tətbiq olunub, telekanalın yayımı müvəqqəti dayandırılıb.
1 dəqiqəlik oxu
Telekanalın yayımı dayandırıldı

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



