Dubaydan (BƏƏ) 50 dəniz mili qərbdə tanker naməlum mərmi ilə vurulub.
Bakues.az xəbər verir ki, bu barədə UKMTO-nun məlumatında bildirilib.
"Tankerin kapitanı gəminin bilavasitə yaxınlığında naməlum mərminin səbəb olduğu partlayış barədə məlumat verib. Heyətin təhlükəsizliyi təmin olunub, tankerin zədələnməsi və ya ətraf mühitə təsir qeydə alınmayıb", - məlumatda qeyd olunub.
Gəmilərə marşrutu keçərkən ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə məlumat vermək tövsiyə olunur.
Yerli hakimiyyət orqanları araşdırma aparır.
1 dəqiqəlik oxu
UKMTO: BƏƏ sahillərində tanker vurulub

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



