Avropa Komissiyası Kiyev üçün yeni 45 milyard avroluq maliyyələşdirmə proqramının layihəsini təqdim edib.
Bakues.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antonio Kosta Aİ üzvlərinə göndərdiyi dəvət məktubunda bildirib.
"Avropa Şurasının 26-27 noyabr 2026-cı il tarixlərində keçiriləcək xüsusi iclasında növbəti Çoxillik Maliyyə Çərçivəsi və 2027-ci il üçün Ukraynanın maliyyələşdirilməsi müzakirə olunacaq", - deyə Kosta yazıb.
Avropa İttifaqının 2028-2034-cü illər üçün büdcəsi və 2027-ci ildə Ukraynanın maliyyələşdirilməsi 26-27 noyabrda keçiriləcək fövqəladə Aİ sammitinin əsas gündəlik məsələləri olacaq.
Asim




