Bu gün Macarıstanın Baş naziri Peter Madyar Ukraynaya səfər edəcək.

Bakues.az xəbər verir ki, bu barədə o özü məlumat verib.

Baş nazir səfər çərçivəsində Ukraynanın Zakarpatye vilayətində Prezident Volodimir Zelenski ilə görüşəcək.

O, həmçinin bölgədə yaşayan macar milli azlığının nümayəndələri ilə görüşməyi planlaşdırır.

Qeyd edək ki, bu, 2015-ci ildən bəri Macarıstan Baş nazirinin Ukraynaya ilk səfəridir.