2027-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə ev sahibliyi etməyə hazırlaşan Pakistan Rusiya Prezidenti Vladimir Putinin səfərini səbirsizliklə gözləyir.
Bakues.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Pakistanın Moskvadakı səfiri Faysal Niyaz Tirmizi açıqlama verib.
O, Pakistanın ŞƏT-ə liderliyindən sonra Rusiyanın sədrliyi öz üzərinə götürəcəyini və bu hadisənin təşkilat üçün çox əhəmiyyətli olduğunu qeyd edib:
"Prezident Putinin Pakistana səfərini səbirsizliklə gözləyirik. Onu qarşılamaq bizim üçün əlamətdar bir an olacaq".
Asim




