Avropa Şurasının Baş katibi Alen Berse Ukraynada ikigünlük səfərdədir.

Bakues.az xəbər verir ki, o, bu barədə "X" hesabında bildirib.

Baş katibin sözlərinə görə, Ukrayna üçün ədalətli və davamlı sülh məsuliyyət, insan hüquqları və qanunun aliliyi prinsiplərinə əsaslanmalıdır.

Səfər çərçivəsində o, bu hədəfə nail olunması istiqamətində Avropa Şurasının işinin irəli aparılması məqsədilə ölkə rəhbərliyi ilə görüşlər keçirəcək.