Kreml Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya qarşıdakı səfərinə hazırlaşır.

Bakues.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, səfər uzun müddət əvvəl razılaşdırılıb:

"Səfər çərçivəsində təhlükəsizlik məsələləri, Ermənistandakı Rusiya hərbi bazasının fəaliyyəti və İrəvanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaqla bağlı seçimi müzakirə olunacaq".

O, Moskva ilə İrəvan arasında müəyyən çətinliklərə baxmayaraq, münasibətlərin çoxşaxəli xarakterini qoruduğunu vurğulayıb.