Azərbaycan və Litva beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bakues.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə keçirilən mətbuat brifinqində deyib.
Nazir bildirib ki, görüş zamanı BMT və onun ixtisaslaşmış qurumları, Avropa İttifaqı, ATƏT, NATO və digər platformalar çərçivəsində əməkdaşlıqla bağlı faydalı fikir mübadiləsi aparılıb.
C.Bayramov, həmçinin Azərbaycan-Ermənistan münasibətləri və Vaşinqton görüşündən sonra baş verən proseslər barədə litvalı həmkarına məlumat verdiyini söyləyib.
"Burada bir sıra müsbət inkişaflar var. Məsələn, ötən ildən başlayaraq tranzit yüklərinin daşınması həyata keçirilir. Bu barədə də həmkarıma məlumat verdim", – nazir qeyd edib.




