Braziliyanın cənubunda baş verən dağıdıcı fırtına nəticəsində 5 nəfər ölüb, 265 nəfər yaralanıb.
Bakues.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Braziliyanın cənubundakı Tupansiretan bələdiyyəsində baş verən güclü fırtına səbəbindən təxminən 20 min insan evini tərk etmək məcburiyyətində qalıb.
Fırtına yaşayış binalarının 93%-ni zədələyib və ya dağıdıb. Təxminən 8 min evə ziyan dəyib.
Fırtına güclü yağış, dolu və saatda 114 km-ə çatan küləklə müşayiət olunub. Elektrik və su təchizatı dayanıb, yerli xəstəxana zədələndiyinə görə xəstələr qonşu bələdiyyələrə köçürülüb.
Braziliya hakimiyyəti bölgədə fövqəladə vəziyyət elan edib.
Lalə
1 dəqiqəlik oxu
Braziliyada fırtına 20 min insanı evsiz qoyub

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.


