Ermənistanın sabiq müdafiə naziri David Tonoyana qarşı daha bir cinayət işi üzrə ittiham irəli sürülüb.
Bakues.az xəbər verir ki, bu barədə “Armenia Today” nəşri məhkəmə-hüquq informasiya sistemi “Datalex”in məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, Tonoyan və Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi Norayr Yolçyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar. İttihama əsasən, bu əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub. Yolçyanın Tonoyana həmin əməldə kömək etdiyi bildirilir.
Cinayət işi noyabrın 24-də məhkəməyə daxil olub və hakim Aram Qriqoryana həvalə edilib. Hər iki təqsirləndirilən şəxs barəsində ölkədən çıxış qadağası və girov qətimkan tədbiri seçilib
1 dəqiqəlik oxu
David Tonoyana qarşı yeni cinayət işi açılıb
Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



