Böyük Britaniya şahzadəsi Uilyamın Sandrinqemin iqamətgahını qarət etməyə cəhd göstərən iki nəfərə qarşı cinayət işi açılıb.

Bakues.az-ın TASS-a istinadən məlumatına görə bu barədə Norfolk qraflığının polis idarəsi məlumat yayıb.

Bildirilib ki, ittiham olunan şəxslər Londonun qərbində yaşayan 34 yaşlı Mirgen Doku və daimi yaşayış yeri olmayan 32 yaşlı Arilen Ndoçidir. Onlar oğurluq məqsədilə yaşayış binasına və mühafizə olunan əraziyə qanunsuz daxil olmaqda ittiham olunurlar.

Məlumata görə, polis əməkdaşları noyabrın 23-də Sandrinqem mülkünün ərazisində şübhəli fəaliyyətlə bağlı məlumat aldıqdan sonra hadisə yerinə gəlib və iki nəfəri saxlayıblar. Onlar noyabrın 25-də Noric şəhərinin magistrat məhkəməsi qarşısına çıxarılacaqlar.