Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakues.az "Teleqraf"a istinadən xəbər verir ki, qəza rayonun Abdullu kəndində qeydə alınıb.
İlkin məlumata görə, VAZ-21099 və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə bir neçə nəfər ağır xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisənin səbəbləri araşdırılır. Qəza ilə bağlı əlavə məlumat veriləcək.
1 dəqiqəlik oxu
Cəlilabadda iki avtomobil toqquşub: Xəsarət alanlar var

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



