"Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi Litva tərəfindən dəstəklənir”.
Bakues.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, gələn ildən Litvanın Aİ şurasına sədrliyi bu prosesi irəli apara bilər: “Bizim vətəndaşların Aİ ölkələrinə müxtəlif səfərləri olur, viza məsələsi xeyli çətinliklər yaradır. Asan, elektron viza rejiminə biz də hazırıq. Azərbaycan son illərdə bir çox ölkə ilə viza sahəsində liberallaşmaya gedir. Aİ ilə də eyni rejimə malik olmaq bizim üçün maraqlıdır”.
1 dəqiqəlik oxu
Ceyhun Bayramov: Aİ ölkələrinə rahat viza rejiminə hazırıq

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



