“Liverpul”un qapıçısı Alisson Beker UEFA Çempionlar Liqasında İngiltərə klubunun heyətində məhsuldar ötürmə edən ilk qolkiper kimi tarixə düşüb.
Bakues.az xəbər verir ki, bu barədə “OptaJoe” statistik portalı məlumat yayıb.
Braziliyalı futbolçu Liqa mərhələsinin V turunda “Brügge” ilə qarşılaşmada (3:0) Aleksander İsakın fərqlənməsinə şərait yaradıb. Alisson 82-ci dəqiqədə komanda yoldaşının qoluna assist edib.
Qeyd edək ki, bu qələbə sayəsində 12 xala yüksələn “Liverpul” turnir cədvəlində 5-ci yerə qalxıb. “Brügge” isə 9 xalla 13-cü sıradadır.




