İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.
Bakues.az "APA"ya istinadən xəbər verir ki, hadisə noyabrın 26-da gecə saatlarında şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri alıb.
Ona xəsarət yetirməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Musa Xəlilli polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.




