Horadiz–Ağbənd dəmir yolu xəttinin III mərhələsi üzrə 5 körpü tikilib.
Bu barədə Bakues.as-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata əsasən, xəttin ümumi uzunluğu təxminən 110,4 kilometr, yan yollar nəzərə alınmaqla 140,6 kilometrdir. Dəmir yolu üzrə layihələndirmə işlərinin 85 %-i, tikinti-quraşdırma işlərinin isə 73 %-i yerinə yetirilib.
Hazırda 1 tunel, 2 qalereya, 2 alt keçid və 1 yükləmə-boşaltma meydançasının inşası davam etdirilir. Bu dəmiryol xətti üzrə 8 stansiyanın tikintisi planlaşdırılır.




