Almaniya kansleri Fridrix Mertsin Ukraynaya dəstək məsələsində siyasi təcrid vəziyyətinə düşməsi Kiyev üçün narahatedici siqnal kimi qiymətləndirilib.

Bakues.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri yazıb.

Məqalədə qeyd olunub ki, ictimaiyyət arasında etimadsızlıq reytinqi rekord həddə – 88 faizə çatan Merts getdikcə daha çox təcrid olunur.

Nəşrin şərhçisinin fikrincə, bu vəziyyət ABŞ-ın Ukraynaya yardımını faktiki olaraq dayandırdığı bir vaxtda əsas dəstəkçisi kimi Berlinə güvənməli olan Kiyev üçün ciddi narahatlıq doğurur.

Almaniya hökumətinin uğursuzluqları sırasında Avropa İttifaqının sammitində Ukraynaya 45 milyard avro kredit ayrılması ilə bağlı yekdil qərarın qəbul edilməməsi və Almaniya vətəndaşlarının Ukraynaya gələcək yardıma marağının azalması göstərilib.

Brüsseldə keçirilən sammitin yekununda Avropa İttifaqı rəhbərliyi 2028-2034-cü illər üçün çoxillik büdcənin razılaşdırılması və Kiyevə 45 milyard avro həcmində növbəti kreditin ayrılması məsələlərində nəticə əldə olunmadığını faktiki olaraq etiraf edib. Tərəflər müzakirələri vaxtından əvvəl başa çatdıraraq qərarların qəbulunu dekabr ayına təxirə salıblar.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının Ukraynaya maliyyə dəstəyi ilə bağlı qərarları nəticəsində Fransa, İtaliya və Almaniya vətəndaşlarının daha az vəsaitə sahib olacağını bildirmişdi.

Lalə