Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K44, 70 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Qran-Pri Finalında bürünc medal qazanıb.
Bakues.az-ın məlumatına görə, paralimpiyaçı 1/4 final mərhələsində qazaxıstanlı Askar Dinmukhammed ilə dueldən qalib ayrılıb.
O, yarımfinalda meksikalı Juan Duego Garcia Lopezə məğlub olub.
Üçüncü yer uğrunda görüşdə braziliyalı rəqibi Valter Sedano Delfino de Oliveira döyüşə çıxmadığından İmaməddin Xəlilov yarışın bürünc mükafatına sahib çıxıb.
1 dəqiqəlik oxu
İmaməddin Xəlilov Astanada bürünc medal qazanıb

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



