Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakant yer seçimi mərhələsinin nəticələri açıqlanıb.

Bakues.az xəbər verir ki, müsabiqənin əsas məqsədi incəsənət təhsili müəssisələrinin kadr potensialını gücləndirmək, vakant vəzifələrə ixtisaslı müəllimlərin cəlb olunmasını təmin etməkdir.

İşə qəbul prosesində şəffaflığın təmin edilməsi və namizədlərin vahid meyarlar əsasında qiymətləndirilməsi məqsədilə müsabiqənin test və müsahibə mərhələləri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilib.

Hər iki mərhələnin nəticələrinə əsasən, ümumilikdə 199 namizəd uğur qazanıb.

Namizədlər vakant yer seçiminin nəticələri ilə MyCulture vahid şəxsi kabineti vasitəsilə tanış ola bilərlər.