İspaniyada növbədənkənar parlament seçkilərində səsvermə başlayıb.
Bakues.az xəbər verir ki, parlament seçkilərinin nəticələrinə əsasən, parlamentin aşağı palatasına – Deputatlar Konqresinə 350, yuxarı palatasına – Senata isə 209 üzv seçiləcək.
Sosioloji sorğulara əsasən, 350 yerlik Deputatlar Konqresində heç bir partiyanın mütləq çoxluq əldə etməsi və öz namizədini baş nazir vəzifəsinə təsdiqləməsi mümkün olmayacaq.
Belə olan halda seçkilərdən sonra koalisiya hökumətinin formalaşdırılması məqsədilə danışıqlar prosesinə başlanıla bilər.




