Baş Prokurorluğun məlumatına əsasən, cari ilin 9 ayında məişət zorakılığı ilə bağlı cinayət hadisələri üzrə 931 qadın zərərçəkmiş kimi qeydə alınıb.

Bakues.az xəbər verir ki, bunu 25 noyabr - Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması üzrə Beynəlxalq Mübarizə Günü münasibətilə və BMT-nin “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində keçirilən konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib

O bildirib ki, 23 qadın həyatını itirib.

"Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin 9 ayı ərzində 499 ədəd mühafizə orderinə dair sənəd icra olunub. Onun 50-si uzunmüddətli, 443-ü isə qısamüddətli olub", - sədr vurğulayıb.