ABŞ prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlar aparmaq tərzini səmərəsiz hesab etdiyini bildirib.

Bakues.az "Rg.ru"ya istinadən xəbər verir ki, bu barədə Kuşner müsahibəsində Ukrayna tərəfinin danışıqları ictimaiyyət qarşısında aparmaq vərdişinin prosesə zərər vurduğunu deyib.

Nəşrin məlumatına görə, Kuşner Zelenskiyə rəğbət bəsləsə də, onun danışıqlar üslubunu nəticə verməyən yanaşma kimi qiymətləndirir.

Kușner Mayamiyə gələn Ukrayna nümayəndə heyətinə Trampın Rusiya dizel yanacağının tədarükü ilə bağlı qərar verməyi və bunun müqabilində sanksiyaların yumşaldılmasını nəzərdən keçirdiyini bildirib. Bundan sonra Zelenski ona qarşı ədalətsiz davranıldığını və qurban vəziyyətinə salındığını bəyan edib.

Bu hadisədən sonra Tramp Ukraynaya yeni prezident seçməyi təklif edib.

Kușner bildirib ki, o, Ukraynanın maraqlarını nəzərə alaraq hərbi əməliyyatların dayandırılması və ölkə üçün etibarlı təhlükəsizlik təminatlarının əldə olunması yollarını təklif edib. O, Zelenskiyə müharibədən sonra iqtisadiyyata diqqət yetirməyi və ölkənin bərpasına rəhbərlik etməyi tövsiyə edib.

Kușnerin fikrincə, danışıqların əsas nəticəsi Ukraynada atəşkəs deyil, Moskva ilə Avropa İttifaqı arasında münasibətlərin yenidən qurulması olacaq.

Asim