Noyabrın 25-nə keçən gecə səmada super Ay hadisəsi müşahidə ediləcək. Bu, noyabr, dekabr və yanvar aylarında ardıcıl baş verəcək üç super Aydan birincisi olacaq.

Bakues.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Alimlərin bildirdiyinə görə, tam Ay Yerə təxminən 360 min kilometr məsafəyədək yaxınlaşıb. Bu göstərici Ayın Yerə mümkün olan ən yaxın məsafəsinə – 356-357 min kilometrə yaxındır.

Qeyd olunub ki, bu gecə Ayın görünən sahəsi orta göstəricidən təxminən 15 faiz, ilin ən kiçik Ayından isə, adətən may-iyun aylarında müşahidə olunan ölçü ilə müqayisədə, təxminən üçdəbir böyük olacaq.

Laboratoriyadan bildirilib ki, Balkan siklonu səbəbindən super Ayı Moskvada müşahidə etmək mümkün olmayacaq.

Asim