Bakıda 37 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Bakues.az xəbər verir ki, Yasamal rayonunda 1989-cu il təvəllüdlü Həmidə Təvəkkül qızı Aslanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Rayon prokurorluğu faktla bağlı araşdırma aparır.