Rusiyanın Soçi şəhərində istixana şəraitində yetişdirilən bananların ilk məhsulunun çəkisi 150 kiloqram təşkil edib.

Bakues.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Soçi şəhərinin rəhbəri Andrey Proşunin məlumat verib.

Bananlar Soçidə yerləşən “100 hektar” kəndli-fermer təsərrüfatında yetişdirilib. Təsərrüfatın ərazisində ümumilikdə 15 növ banan becərilir. Bu il həmçinin papayya və marakuya məhsulları da toplanıb.

Proşuninin sözlərinə görə, Soçidə yetişdirilən bananlar hazırda regionun əsas kənd təsərrüfatı sərgilərində nümayiş etdirilir.

2026-cı ilin yekunlarına əsasən, şəhərin fermerləri 280 tondan çox çay və 90 ton meyvə-giləmeyvə məhsulu toplayıblar. Şəhər rəhbərliyi subtropik əkinçiliyi 2035-ci ilədək aqrar-sənaye kompleksinin inkişaf strategiyasının əsas istiqamətlərindən biri hesab edir.

Qeyd edək ki, noyabrın 25-də Andrey Proşunin şəhərdə palma ağaclarına qulluqla bağlı tələblərin normativ qaydada təsbit edilə biləcəyini də bildirib. Onun sözlərinə görə, bələdiyyənin balansında olan palmaların 1 faizinə elmi ictimaiyyətin tövsiyələrinə uyğun qulluq göstərilir. Bu təcrübənin sanatoriyaların və yaşayış binalarının həyətlərindəki palma ağaclarına da tətbiqi nəzərdə tutulur.

Lalə