Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılmış Strateji Siyasi və Müdafiə Komitəsinin ikinci növbəti iclası Pakistanın paytaxtı İslamabadda keçirilib.

Bakues.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, toplantıda Türkiyəni milli müdafiə naziri Yaşar Güler, xarici işlər naziri Hakan Fidan və Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu təmsil ediblər.

İclasda həmçinin Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar, müdafiə naziri Xavaca Məhəmməd Asif, Ordu Qərargah rəisi marşal Asim Munir, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan, müdafiə naziri Xalid bin Salman və Ordu Qərargah rəisi general Feyyad bin Hamed Əl-Ruvaili də iştirak ediblər.

Qeyd edək ki, Strateji Siyasi və Müdafiə Komitəsi birgə müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Məkkə Sazişi çərçivəsində yaradılıb.