Nigerdə ölkənin cənub-qərbində Milli Qvardiyanın dayaq məntəqəsinə yaraqlıların hücumu nəticəsində 13 hərbi qulluqçu ölüb, 20 nəfər iyaralanıb.

Bakues.az xəbər verir ki, toqquşma zamanı hücum edənlərdən bir neçəsi öldürülüb. 

Hərbçilər arasında itkilərlə bağlı məlumatlar ilkin xarakter daşıyır, ağır yaralananlar tibbi yardım göstərilməsi üçün təxliyə olunublar.

Qeyd edilib ki, Niger İŞİD və "Əl-Qaidə" terror təşkilatları ilə əlaqəli qruplaşmalarla mübarizə aparmaqda davam edir.